Ukrayna Belqorodu “Vampir”lərlə vurdu

Ukrayna Belqorodu “Vampir”lərlə vurdu

Ukrayna ordusu səhər saatlarından Belqorod şəhərinə raket zərbələri endirib.

AzerTimes xəbər verir ki, bu barədə şəhər meri Valentin Demidov məlumat verib.

Onun sözlərinə görə, zərbələr nəticəsində yaşlı qadın qəlpə yarası alıb və xəstəxanaya yerləşdirilib.

Mer bildirib ki, doqquz binada 21 mənzilin pəncərələri, üç fərdi evin dam örtüyü, məktəbin isə pəncərələri sınıb, fasadı zədələnib. Altı avtomobilə də ziyan dəyib.

Rusiya Müdafiə Nazirliyi də rəsmi açıqlamasında gecə ərzində hava hücumundan müdafiə sistemlərinin Ukrayna tərəfdən atılan 25 ədəd “Vampir” reaktiv yaylım atəş sistemlərinin raketlərini zərərsizləşdirdiyini bildirmişdi.

Teqlər: