Ukrayna ordusu bu səhər Belqorod şəhərini “Vampir” reaktiv yaylım atəş sistemləri ilə atəşə tutub.
AzerTimes xəbər verir ki, bu barədə Teleqram kanalları məlumat yayıb.
Zərbələr nəticəsində fərdi yaşayış evi və 15 avtomobil yanıb.
“8 dinc sakin yaralanıb. Onlardan birinin vəziyyəti ağır, digərlərinin isə orta ağırdır. Yaralıların hamısı xəstəxanadadır”, – məlumatda qeyd olunub.
Bundan başqa, şəhərdəki 21 ədəd çoxmərtəbəli yaşayış binasına da ziyan dəyib, qaz xətti sıradan çıxıb.