Ukrayna Belqorodu atəşə tutdu: 22 ölü, 109 yaralı

Ukrayna Belqorodu atəşə tutdu: 22 ölü, 109 yaralı

Ukraynadan Rusiyanın Belqorod şəhərinin atəşə tutulması nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb, 109 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat verib.

O qeyd edib ki, 30 çoxmənzilli binaya, 381 mənzilə, bir neçə fərdi yaşayış evinə, xeyli sayda avtomobilə ziyan dəyib.

Qeyd dək ki, Ukrayna Silahlı Qüvvələri ötən gün Rusiyanın Belqorod şəhərindəki hərbi obyektlərə raket zərbəsi endirib.

Teqlər: