Bu gün səhər saatlarında hava hücumundan müdafiə sistemləri Belqorod üzərində Ukraynaya məxsus 10 raketi məhv edib.
AzerTimes xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov məlumat yayıb.
Onun sözlərinə görə, hadisə nəticəsində 1 qadın qəlpə yarası alıb.