Ukrayna Belqoroda kasset bombaları ilə zərbə endirdi

Ukrayna Belqoroda kasset bombaları ilə zərbə endirdi

Kiyev hakimiyyəti Belqoroda hücum vasitəsilə cəbhədəki məğlubiyyətlərindən diqqət yayındırmağa və Rusiyanı da analoji hücumlara təhrik etməyə çalışır.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin məlumatında deyilir.

Bildirilib ki, Ukraynanın hücumu cavabsız qalmayacaq.

Rusiya MN-nin məlumatında həmçinin deyilir ki, zərbə iki raketlə – “Olxa” qadağan olunmuş kasset mərmisi, həmçinin Çexiya istehsalı “Vampire” reaktiv mərmiləri ilə endirilib.

Qeyd edək ki, son məlumata görə, hücumda 18 nəfər həlak olub, 111 nəfər yaralanıb.

Teqlər: