Belqorod vilayətinə ötən gün həyata keçirilən raket və PUA hücumları nəticəsində 16 mülki şəxs yaralanıb.
AzerTimes xəbər verir ki, bu barədə regionun rəhbəri Vyaçeslav Qladkov özünün Teleqram kanalında məlumat yayıb.
“Dünən Belqorod vilayətinə 86 dəfə atəş açılıb, 16 mülki şəxs yaralanıb, 13-ü hələ də tibb müəssisələrindədir, bir nəfərin vəziyyəti ağırdır”, – o bildirib.
Qeyd edək ki, Ukrayna ordusu Kursk vilayətinə 6 avqustda hücum edib və 11 kəndi nəzarətə götürüb.