Ukrayna Belarusun bu ərazisini ələ keçirəcək – DTK sədri

Ukrayna Belarusun bu ərazisini ələ keçirəcək – DTK sədri

Xarici xüsusi xidmət orqanları Belarusun rayon mərkəzlərindən birini ələ keçirmək üçün Ukraynada 300-dək döyüşçüyə təlim keçib.

AzerTimes xəbər verir ki, bu barədə Belarus Dövlət Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant İvan Tertel “Belarus 1” telekanalının efirində bildirib.

“Belarus ərazisində rayon mərkəzlərindən birinin ələ keçirilməsi hücum əməliyyatının gələcək inkişafı üçün tramplin kimidir. Bunun üçün Ukrayna ərazisində xarici xüsusi xidmət orqanları tərəfindən 100-dən 300-dək döyüşçüyə təlim keçib”, – Tertel iddia edib.

DTK rəhbərinin sözlərinə görə, əcnəbi təlimatçılar təkcə Ukrayna ərazisində deyil, həm də Polşa və Litvada yaraqlıların peşəkar hazırlığı ilə məşğul olurlar.

O, həmçinin vurğulayıb ki, Qərb taktiki nüvə silahından istifadə variantını nəzərdən keçirir, buna görə də qonşu dövlətlərin ərazisində uzunmüddətli planlar üçün müəyyən hərbi infrastruktur hazırlanır.

Teqlər: