Ukrayna Belarus ilə sərhəddəki qüvvələrini gücləndirir.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, Ukrayna daxili işlər nazirinin müavini İqor Bondarenko Belarusla sərhədin bir hissəsinə baxış keçirib. Səfər zamanı Daxili İşlər Nazirliyi bölmələrinin Belarus ərazisindən potensial hücumun dəf edilməsinə hazırlığı yoxlanılıb.
Bildirilib ki, hazırda Dövlət Sərhəd Xidməti istehkamların tikintisində fəal iştirak edir.