Ukrayna Baxmutda əsir düşmüş 106 hərbçisini azad edib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak məlumat yayıb.
“Onlar Baxmut uğrunda vuruşdular və düşmənin daha da irəliləməsinə imkan verməyən bir şücaət göstərdilər. Hər biri dövlətimizin qəhrəmanıdır. Geri qaytarılanların əksəriyyəti itkin düşmüş hesab edilənlərdir”, – Podolyak bildirib.
Geri qaytarılan hərbçilərdən 8-i zabitdir.