Ukrayna baş prokuroru Marqarita Simonyana qarşı ittiham irəli sürüldüyünü bildirib

Ukrayna Baş prokuroru İrina Venediktova Rusiyanın “Russia Today”
telekanalının baş redaktoru Marqarita Simonyana qarşı ittihamın
irəli sürüldüyünü bildirib.

Trend-in
məlumatına görə, bu barədə o, öz “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Ukrayna məhkəməsi M.Simonyanın qiyabi həbsi ilə
bağlı qərar verib.

Baş prokurorun sözlərinə görə, rusiyalı jurnalistə “Ölkədə
konstitusion düzənin devrilməsi məqsədi daşıyan fəaliyyətin
maliyyələşdirilməsi” maddəsi ilə ittiham irəli sürülüb.

İ.Venediktova əlavə edib ki, yaxın günlərdə onun beynəlxalq
axtarışa verilməsi prosesini işə salmaq planlaşdırılır.

(Tərcümə: Orxan Nəbiyev)