Polşa hakimiyyətinin nümayəndələri Ukrayna baş naziri ilə iki ölkə sərhədində nəzərdə tutulan görüşə gəlməyib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal özü Teleqram hesabında məlumat verib.
“Bir ay əvvəl biz razılaşdıq ki, sərhədi bağlamaq ölkələrimizə zərər verir və bu cür hadisələrin qarşısının alınması vacibdir. Aradan bir ay keçdi və yenidən bu vəziyyətə qayıtdıq. Yalnız indi biz açıq-aşkar təxribatları görürük”, – deyən Şmıqal bir ay əvvəl Polşa Baş naziri Donald Tuskun Polşanı Ukraynanın ən etibarlı və ən mühüm müttəfiqi adlandırdığını xatırladıb.
Onun sözlərinə görə, görüşə müavinləri Olqa Stefanişina və Aleksandr Kubrakov, daxili işlər naziri İqor Klimenko, kənd təsərrüfatı naziri Nikolay Solski, xarici işlər nazirinin müavini Yevgeni Perebiynis, iqtisadiyyat nazirinin müavini Taras Kaçka, infrastruktur nazirinin müavini, İnfrastruktur şöbəsinin rəhbəri Sergey Derkaç, Dövlət Sərhəd Xidmətinin rəhbəri general Sergey Deyneko və gömrük rəisi Sergey Zvyagintsev ilə gedib.
İddiaya görə, Polşa hakimiyyəti sərhəddə görüşə “təhlükəsizlik səbəbindən” gəlməyib.