Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara malikdir – Ali Radanın deputatı

Xəbər - Cani Babayeva – Trend:

Ukrayna Azərbaycanın azad edilmiş ərazilərində infrastrukturun bərpası üçün bütün imkanlara və texnologiyalara malikdir.

Bunu Trend-ə Azərbaycanda səfərdə olan Ukrayna Ali Radasının deputatı, Ukrayna-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vladimir Kreydenko deyib.

O bildirib ki, söhbət dəmir yollarından, ekoloji təmiz avtobuslardan və tikintidən gedir: “Bir çox investorlar bu ərazilərin bərpasında maraqlıdır. Ona görə də biz Azərbaycan tərəfinin dəvətini, tenderlərin elan olunmasını gözləyirik. Həmçinin, investisiya forumunun keçirilməsi də mümkün ola bilər. Bununla biz Azərbaycanı daha çox nəyin maraqlandırdığını öyrənə bilərik. Bunun üçün Ukraynanın bütün potensialı var”.


Deputat əlavə edib ki, Ukrayna tərəfi kənd təsərrüfatı sahəsi ilə bağlı təcrübə və texnoloji imkanlarını Azərbaycanla bölüşməyə hazırdır.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: