Ukrayna-Azərbaycan İşgüzar Şurası yaradılıb (FOTO)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Ukraynanın Ticarət və Sənaye Palatası arasında iyunun 24-də Ukrayna-Azərbaycan İşgüzar Şurasının yaradılması haqqında saziş imzalanıb.

AzerTimes xəbər verir ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Ukraynanın Ticarət və Sənaye Palatasının prezidenti Gennadi Çijikov imzalayıblar.

“Bu Şura Azərbaycan ilə Ukrayna arasındakı iqtisadi və investisiya əlaqələrini, habelə iş adamları arasında əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə yaradıldı. Şura, Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Ukrayna Ticarət Palatasının təşəbbüsü ilə ərsəyə gəldi. Sənayeyə iqtisadiyyatın müxtəlif sahələrində çalışan 70-dən çox iş adamı və dövlət qulluqçusu daxildir” – deyə, O,Məmmədov bildirib.

Teqlər: