Ukrayna Azərbaycan ilə qarşılıqlı əlverişli əməkdaşlığı dərinləşdirməyə davam edir.
Trend xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyi münasibətiylə öz “Twitter” hesabında qeyd edib.
“Bu gün biz Ukrayna ilə Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik.
Hər iki dövlət yaxşı dost və strateji tərəfdaş olaraq qalır. Biz ikitərəfli münasibətlərimizi və qarşılıqlı əlverişli əməkdaşlığımızı dərinləşdirməyə davam edirik!”, – paylaşımda deyilir.