Ukrayna az qan tökməklə bu şəhəri ala bilər

Ukrayna az qan tökməklə bu şəhəri ala bilər

Rus işğalçıları Baxmut istiqamətində nəhəng qüvvələr cəmləşdiriblər, lakin düşmənin mənəvi-psixoloji durumu aşağı səviyyədədir. Onlar yaxın həftələrdə Baxmutu tərk edə bilər.

AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna ordusunun ehtiyatda olan general-mayoru Viktor Yaqun deyib.

Yaqun bildirib ki, ruslar Baxmut yaxınlığında mövqelər və əlavə müdafiə xətləri hazırlayıb:

“Üstəlik, onlar artıq Baxmuta hücumdan əvvəl, bütün bu kampaniya başlayanda orada dayanmışdılar. Ona görə də geri çəkiləcəkləri təqdirdə bu xətlərə gedəcəklərindən şübhələnirəm. Təəssüf ki, onlar o istiqamətdə çox sayda qoşun toplayıblar, rəqəmlər artıq bizə məlumdur”.

O qeyd edib ki, Baxmutu çox az qan tökməklə və daha yaxşı metodla azad etmək olar:

“Güman ki, yaxın gələcəkdə ruslar iki çətin seçim arasında qalacaqlar: ya Baxmutda qalıb başqa bir “Brest qalasını” mühasirəyə alacaqlar, ya da geri çəkiləcəklər. Düşünürəm ki, bir-iki həftədən sonra bizim üçün müsbət qərar veriləcək”.

Teqlər: