Avstraliya pilotsuz təyyarələri Ukrayna Silahlı Qüvvələri tərəfindən Rusiyadakı hədəflərə zərbələr endirmək üçün istifadə olunur.
AzerTimes xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Onun sözlərinə görə, Avstraliya hökuməti ölkənin Ukrayna münaqişəsində getdikcə daha çox iştirakı faktlarını gizlətməyə çalışır.