Rusiya ilə müharibədə qalib gəldikdən sonra Ukrayna ən güclü dövlətlərdən birinə və Avropa Birliyinin mühüm hissəsinə çevriləcək.
AzerTimes xəbər verir ki, bunu Latviya Prezidenti Egils Levits deyib.
“Mən tam əminəm ki, müharibədə qalib gəldikdən sonra Ukrayna Avropanın ən güclü dövlətlərindən birinə çevriləcək. Biz Ukraynanı dəstəkləməliyik, qələbəyə öz töhfəmizi verməliyik. Bu bizim ümumi yükümüzdür”, – prezident bildirib.