Ukrayna Avropadan enerji idxalına başladı

Ukrayna Avropadan enerji idxalına başladı

Ukrayna elektrik enerjisini Avropadan idxal etməyə başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə ölkənin energetika naziri German Qaluşenko bildirib.

“Hazırda idxal azdır, lakin yanvarın 1-dən həyata keçirilir. Üstəlik, biz müəssisələrin alışına şərait yaratmışıq və bu, müvafiq olaraq tədarüklərə və onların mümkün tədarük məhdudiyyətlərinə təsir edəcək”, – nazir söyləyib.

Nazirin sözlərinə görə, gələcəkdə idxalın həcmi zədələnmiş şəbəkələrdə bərpa işlərinin gedişindən və işğalçıların enerji obyektlərinə mümkün yeni zərbələrindən asılı olacaq.

Teqlər: