Ukrayna oktyabrın 11-dən AB-yə elektrik enerjisi ixracını dayandırır.
AzerTimes xəbər verir ki, bu barədə ölkənin Energetika Nazirliyi məlumat yayıb.
“İstilik istehsalı və elektrik yarımstansiyalarını vuran raket hücumları Ukraynanı öz enerji sistemini sabitləşdirmək üçün oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa vadar edir”, – məlumatda bildirilir.