Ukrayna avqustda 4,6 milyard dollar yardım aldı

Ukrayna avqustda 4,6 milyard dollar yardım aldı

Ukraynanın avqustda xarici donorlardan aldığı maliyyə yardımının həcmi 4,6 milyard dollar təşkil edib ki, bu da son altı ayda ən yüksək rəqəmdir.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın maliyyə naziri Sergey Marçenko bildirib.

“Bu vəsait bizim üçün çox vacib idi. Onlar bizə avqustda donorlardan daxil olan vəsaitin həcmini 4,6 milyard dollara çatdırmağa imkan verdi. Bu, son 6 ayda aldığımız ən böyük məbləğdir”, – Marçenko deyib.

Marçenkonun sözlərinə görə, Qərb ölkələrindən alınan vəsait Ukraynaya bütün zəruri büdcə xərclərini maliyyələşdirməyə imkan verib.

Teqlər: