Ukrayna Avakovun evində axtarış apardı

Ukrayna Avakovun evində axtarış apardı

Brovarıda qəzaya uğrayan helikopterlə bağlı Ukrayna hüquq-mühafizə orqanı DİN-in keçmiş rəhbəri Arsen Avakovun evində axtarış aparıb.

AzerTimes xəbər verir ki, bu barədə Avakov özü məlumat yayıb.

“Helikopter qəzası ilə bağlı axtarışı yekunlaşdırıblar. Altı il əvvəl “Airbus” müqavilələrinə baxdılar. Təbii ki, heç nə yox idi. Müqavilələr hökumət və parlament tərəfindən təsdiq edilib. Mənasız iş olsa da, formal xarakter daşıyırdı”, – o bildirib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti və İqtisadi Təhlükəsizlik Bürosu səhər saatlarından oliqarx İqor Kolomoyskinin evində də axtarış aparıb. Axtarış “Ukrtatnafta” və “Ukrnafta” ilə bağlı olub. Söhbət 40 milyard qrivna dəyərində neft məhsullarının israf edilməsindən və gömrük ödənişlərindən yayınmadan gedir.

Teqlər: