Ukrayna ATƏT-in növbədənkənar iclasını çağırır

Ukrayna ATƏT-in növbədənkənar iclasını çağırır

Ukrayna Rusiyanın raket hücumlarını müzakirə etmək üçün ATƏT Daimi Şurasının növbədənkənar iclasının çağırılması təşəbbüsü ilə müraciət edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Yevgeni Çimbalyuk deyib.

O qeyd edib ki, Rusiya mülki obyektləri hədəfə almaqla təkcə beynəlxalq humanitar hüququ kobud şəkildə pozmur, həm də ilk növbədə dinc əhalini hədəfə alır. Daimi Şuranın məhz bu raket probleminə diqqət yetirməsi vacibdir.

Teqlər: