Ukrayna Silahlı Qüvvələri Belqorod vilayətinin Şebekino şəhərini sutka ərzində üçüncü dəfə atəşə tutub, şəhərin bir hissəsi elektrik enerjisindən məhrum olub.
AzerTimes xəbər verir ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram kanalında məlumat verib.
Bildirilib ki, hücumlar nəticəsində fərdi evin dam örtüyü və müəssisələrdən birinin ərazisi yanıb.