Ukrayna Silahlı Qüvvələrinin arxa bölmələri gücləndirilmiş xidmət rejiminə keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Donbas separatçılarının nümayəndəsi Andrey Maroçko Rusiya kəşfiyyatına istinadən məlumat verib.
O bildirib ki, Donbasın Kiyevin nəzarətində olan hissəsinin, eləcə də Dnepropetrovsk, Xarkov vilayətlərinin birləşmələri və hərbi hissələri Ukraynanın müdafiə naziri Aleksey Reznikovdan xidmətin gücləndirilməsi barədə əmr alıb:
“Hərbi qulluqçuların işdən çıxarılması da qadağandır. Həmçinin, döyüş hazırlığını təmin edən zabit və mütəxəssislərin məzuniyyətdən geri çağırılması tövsiyə olunub”.