Ukrayna Ali Radası ölkədə hərbi vəziyyət və ümumi səfərbərlik
müddətini 90 gün – avqustun 23-dək uzadıb.
Trend “Ukrinform”a istinadla xəbər verir ki, bu barədə Radanın deputatı
Yaroslav Jeleznyak bildirib.
“Ali Rada hərbi vəziyyətin müddətini avqustun 23-dək uzadıb”, –
parlamentari “Telegram” səhifəsində bildirib.
O, əlavə edib ki, Ali Rada həmçinin ümumi səfərbərlik müddətini
avqustun 23-dək uzadıb.