Ukrayna Ali Məhkəməsinin sədri rüşvətə görə saxlanıldı

Ukrayna Ali Məhkəməsinin sədri rüşvətə görə saxlanıldı

Ukrayna hüquq-mühafizə orqanlarının əməkdaşları Ali Məhkəmənin sədri Vsevolod Knyazevi rüşvət alarkən saxlayıb.

AzerTimes xəbər verir ki, bu barədə “Ukrayinska pravda” nəşri məlumat yayıb.

Knyazevin 3 milyon dollara yaxın rüşvət aldığı iddia edilir.

Bununla yanaşı, Ukrayna Milli Antikorrupsiya Bürosu, eləcə də İxtisaslaşdırılmış Korrupsiyaya Qarşı Mübarizə Prokurorluğunun Ali Məhkəmədə irimiqyaslı korrupsiya faktlarını ifşa etdiyini bildirib.

Qurum Knyazevin saxlanması barədə məlumat verməyib. Araşdırmalar davam edir.

Qeyd edək ki, Knyazev 2021-ci ilin dekabrından Ukrayna Ali Məhkəməsinə rəhbərlik edir.

Teqlər: