Ukrayna AES-i bu məqsədlə partlatmaq istəyir – Rusiya

Ukrayna AES-i bu məqsədlə partlatmaq istəyir – Rusiya

Rusiya BMT Təhlükəsizlik Şurası və Baş Assambleyada Qərbi Ukraynanın Zaporojye AES-ə qarşı təxribatının qarşısını almağa çağıran məktub yayıb.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.

“Bu gün biz BMT Təhlükəsizlik Şurasının və BMT Baş Assambleyasının sənədi kimi nəzarətimizdə olan bu stansiyanı partlatmaq niyyətimiz olmadığını bir daha təsdiqləyən məktubu yaydıq. BMT baş katibini və beynəlxalq ictimaiyyəti Zaporojye AES-ə qarşı təxribatlardan çəkinməyə məcbur etmək üçün Kiyevə təsir göstərməyə çağırırıq”, – Nebenzya bildirib.

Nebenzya qeyd edib ki, Kiyev hakimiyyətinin Rusiyaya qarşı ZAES ilə bağlı ittihamları zavodda əsl təxribata hazırlaşmaqdan başqa bir şey deyil:

“Kiyev rejiminin AES-i hədələməkdən əl çəkə bilməməsi son dərəcə ciddi narahatlıq doğurur və Kiyevin Rusiya Federasiyasına qarşı təxribat xarakterli ittihamları real təxribata hazırlığı gizlətmək məqsədi daşıyır”.

Bildirilib ki, ZAES-də hər hansı təxribat baş verərsə, bu, yalnız Ukrayna deyil, Belarus, Rusiya, o cümlədən bütün qonşu ölkələr və ümumilikdə qitə üçün ağır nəticələrə səbəb ola bilər.

Rusiya nümayəndəsinin iddiasına görə, Ukrayna AES-i NATO-nun 5-ci maddəsinin işə salınması məqsədi ilə partlatmağa çalışa bilər:

“Belə bir addım Ukrayna böhranını gözlənilməz nəticələrlə görünməmiş bir səviyyəyə çatdırmaq üçün aşkar cəhddir”.

Teqlər: