Ukrayna açıqladı: Rus qoşunları bu ərazidən çıxdı

Ukrayna açıqladı: Rus qoşunları bu ərazidən çıxdı

Rusiya qüvvələri Zaporojye vilayətinin Kamenka kəndində nəzarət-buraxılış məntəqələrini və komendantlığı ləğv ediblər.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Həmçinin bildirilib ki, qarşı tərəf sözügedən kənddən silahlı bölmələrin şəxsi heyətini də çıxarıb.

Baş Qərargah bu addımı Rusiya qoşunlarında şəxsi heyətin mənəvi-psixoloji durumunun həddən artıq aşağı səviyyədə olması ilə əlaqələndirir.

Teqlər: