Ukraynaya genişmiqyaslı hərbi yardım ABŞ-ın bəzi növ sursat ehtiyatlarını azaldıb.
AzerTimes xəbər verir ki, bu barədə “Voll Strit Jurnal” mənbələrə istinadən məlumat yayıb.
“Son həftələrdə 155 mm-lik sursat ehtiyatı narahat edici dərəcədə azalıb. İndi bu, kritik deyil, çünki ABŞ heç yerdə irimiqyaslı hərbi əməliyyatlarda iştirak etmir”, – məlumatda deyilib.
Qeyd olunub ki, ABŞ ordusunun Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Mark Milli bu və ya digər döyüş sursatının Ukraynaya nə qədər verilə biləcəyi ilə bağlı balansı saxlamaq üçün hər ay ordunun arsenallarında yoxlamalar aparır.