Kiyev ABŞ-dan 60 milyard dollardan çox maliyyə yardımı gözləyir.
AzerTimes xəbər verir ki, bu fikri Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak deyib.
Deputatın sözlərinə görə, çox güman ki, bu həftə ABŞ Senatından Ukraynaya maliyyə yardımının mətni təqdim olunacaq:
“Kiyev yaxın vaxtlarda Ukraynaya dəstək haqqında qanun layihəsinin mətnini gözləyir. Eyni zamanda Ukraynanın fikrincə, ABŞ-dan Kiyevə ayrılan maliyyə yardımının həcmi dəyişməz qalacaq və 60 milyard dollardan çox olacaq”.