Ukrayna ABŞ-a görə hərbi planlarını dəyişdi

Ukrayna ABŞ-a görə hərbi planlarını dəyişdi

Ukrayna ABŞ-ın gizli hərbi sənədlərinin sızması ilə əlaqədar bəzi hərbi planlarını dəyişib.

AzerTimes xəbər verir ki, bu barədə CNN Ukrayna Prezidenti Zelenskiyə yaxın mənbəyə istinadən məlumat yayıb.

Kiyevin hansı olanları dəyişməsilə bağlı isə məlumat verilməyib.

CNN qeyd edib ki, Pentaqonun ortaya çıxan gizli sənədləri ABŞ-ın həm müttəfiqləri, həm də düşmənləri üzərində necə casusluq etdiyini göstərir və bu ifşaların mühüm beynəlxalq münasibətlərə xələl gətirə biləcəyindən ehtiyat edən ABŞ rəsmilərini dərindən narahat edir.

Pentaqonun sözçüsü isə qeyd edib ki, Müdafiə Nazirliyinin yüksək səviyyəli rəsmilərinin daxil olduğu və ABŞ prezidentinə məsləhətlər verən Birləşmiş Qərargah Rəisləri indi məxfi hesabatları kimin aldığını öyrənmək üçün poçt siyahılarını araşdırır.

Teqlər: