Vaşinqtonun Kiyevə vəd etdiyi “Abrams” tankları tezliklə təyinat yerinə çatdırılacaq.
AzerTimes xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin Almaniyada Ukrayna üzrə təmas qrupunun iclasında deyib.
“ABŞ-ın vəd etdiyi “M1 Abrams” tanklarının tezliklə Ukraynada olacağını bildirməkdən məmnunam”, – Ostin bildirib.
Qeyd edək ki, bir müddət öncə “Politiko” nəşrin ukraynalı hərbçilərin sentyabrda 10 ədəd “Abrams” tankını alacaqlarını yazmışdı.