Ukrayna ABŞ-ın M1A1 “Abrams” tanklarını cəbhə xəttindən çıxarır.
AzerTimes xəbər verir ki, bu barədə “Assoşeyted Press” hərbi mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, buna səbəb rusların cəbhədə zərbə dronlarından kütləvi şəkildə istifadəsidir.
Qeyd edək ki, ABŞ “Abrams” tanklarını ötən ilin yanvarında verib.