Ukrayna hava məkanını Rusiya və Belarus təyyarələri üçün tranzit olaraq istifadə edilməsini qadağan etməyi nəzərdən keçirir.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Baş naziri Denis Şmıqal deyib.
O bildirib ki, bununla bağlı təşəbbüs irəli sürülüb və məqsəd Rusiyanın biznes dairələrinin və turistlərinin Avropa Birliyi səmasından sərbəst istifadə etmələrinin qarşısını almaqdır.