Avropa Birliyinə (AB) üzvlük danışıqlarının başlayacağı ilə bağlı Ukraynaya verilən yanlış vədləri düzəltmək lazımdır.
AzerTimes xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban deyib.
O, Ukraynanın AB-dən “işıq ili qədər” uzaqda olduğunu söyləyib:
“Bizi qarşıdakı aylarda, Avropa seçkilərinə qədər ciddi siyasi mübarizə gözləyir. Brüsseldə büdcəni müzakirə etmək, Ukraynaya danışıqlara başlamaq üçün verilən yalan vədi düzəltmək də bizim vəzifəmiz olacaq, çünki Ukrayna indi AB-dən işıq ili qədər uzaqdadır”, – deyə baş nazir bildirib.