![Ukrayna 85 PUA ilə Rusiyaya hücum etdi Ukrayna 85 PUA ilə Rusiyaya hücum etdi](https://azertimes.az/wp-content/uploads/ukrayna-85-pua-ile-rusiyaya-hucum-etdi-300x169.jpg)
![](https://azertimes.az/wp-content/uploads/ukrayna-85-pua-ile-rusiyaya-hucum-etdi.jpg)
Rusiya HHM sistemləri bu gecə Rusiya ərazisində 85 Ukrayna pilotsuz təyyarəsini vurub.
AzerTimes xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.
Bildirilib ki, PUA-lar Qara və Azov dənizi regionlarında, Voronej, Krasnodar, Belqorod, Tambov, Kursk vilayətlərində və Krımda ələ keçirilib və ya məhv edilib.
PUA hücumunun nəticələri barədə məlumat verilməyib.