Macarıstan büdcə sazişini əngəlləməkdə davam etsə belə, Ukrayna 50 milyard avroluq yardımı mütləq alacaq.
AzerTimes xəbər verir ki, bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
“Macarıstanın baş naziri Viktor Orban yanvarda keçirilməsi planlaşdırılan xüsusi sammitdə güzəştə getməsə, Ukraynaya kömək etmək üçün başqa seçimlərimiz olacaq”, – deyə kansler bildirib.