Ukrayna səmalarını Rusiyanın bombardmanından qorumaq üçün ümumilikdə 40-50 ədəd F-16 təyyarəsi istəyir.
AzerTimes xəbər verir ki, bunu Ukraynanın müdafiə nazirinin müşaviri Yuri Sak deyib.
Onun sözlərinə görə, Prezident Vladimir Zelenski döyüş təyyarələrinin Xirosimada keçiriləcək G7 və iyulda Litvada keçiriləcək NATO-nun illik sammitində gündəmin əsas bəndi olmasını istəyir.