Məhkumların səfərbərliyə cəlb edilməsi barədə qanunun qüvvəyə mindiyi vaxtdan bəri 5 minə yaxın məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaq üçün müraciət edib.
AzerTimes xəbər verir ki, bunu “Quardian” qəzeti yazıb
Bildirilir ki, Silahlı Qüvvələrin sıralarında boşluqları doldurmaq üçün Ukraynada təsdiq edilmiş səfərbərlik qanununa əsasən 3,8 minə yaxın ukraynalı məhbus vaxtından əvvəl azad edilib.
Nəşrin Ukrayna Ədliyyə Nazirliyinə istinadən qeyd etdiyi kimi, 5,9 min məhbus Ukrayna Silahlı Qüvvələrinə qoşulmaqda maraqlı olduğunu bildirsə də, onların bəzilərinin müraciətlərindən səhhətlərinə görə imtina edilib.