Ukrayna 5 milyon insan itirə bilər

Ukrayna 5 milyon insan itirə bilər

Müharibə 2 ilə qədər davam edərsə, Ukrayna 5 milyona qədər insan itirə bilər.

AzerTimes xəbər verir ki, bu barədə Ukraynanın Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru akademik Ella Libanova məlumat verib.

“Əgər müharibə bu ilin sonuna qədər başa çatarsa, düşünürəm ki, biz təxminən 500-600 min əhali itirəcəyik. Müharibə daha uzun sürərsə, daha çox insan itiriləcək. Axı Rusiya heç yerə getməyəcək, o bizim aqressiv qonşumuz olaraq qalacaq. Çerniqov, Sum, Xarkov vilayətlərini tərk edənlər geri qayıdanda başa düşəcəklər ki, onlar təhlükə zonasına qayıdırlar. Ona görə də mən əmin deyiləm ki, biz əhalinin və biznesin müharibədən əvvəlki vəziyyətini bərpa edə biləcəyik”, – Libanova bildirib.

Teqlər: