Ukrayna tezliklə Ural və Zapolyaryeyə hücum edə biləcək PUA-ları istifadəyə verəcək.
AzerTimes xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri mənbəyə istinadla məlumat yayıb.
Mənbənin məlumatına görə, Ukrayna artıq bu ildən 2000 km-dən çox məsafəyə uça bilən PUA-ları silahlanmaya qəbul edəcək:
“Bu PUA-lar orta və uzaq mənzilli raket çatışmazlığını aradan qaldıracaq. Raketlər keçmişdə qaldı. PUA gələcəkdir”.
Mənbə qeyd edib ki, ilin sonuna kimi 10 istehsalçı 2500 km-ə kimi uça bilən PUA-ları Ukrayna ordusuna təhvil verəcək.
Kiyevdəki “Luç” Konstruktor Bürosu isə 3300 km-ə kimi uça bilən “Sokol-3000” PUA-sı istehsal edib.
“Bild”in hesablamalarına görə, yeni Ukrayna PUA-ları 80-ə yaxın hərbi bazanın yerləşdiyi Murmanska hücum edə bilər.