Ukrayna ordusu Mariupolda Rusiya Silahlı Qüvvələrinə məxsus kazarmaya zərbə endirib.
AzerTimes xəbər verir ki, bu barədə Mariupol merinin müşaviri Petr Andryuşenko Teleqram kanalında yazıb.
O bildirib ki, kazarmada 200-ə yaxın dağıstanlı, yaxud kadırovçu döyüşçü olub.
Andryuşenko ölənlərinin sayının dəqiq bəlli olmadığını, buna rəğmən əraziyə xeyli sayda təcili yardım, xilasedicilərin gəldiyini bildirib.