Ukraynada bu günə qədər 1886 yaşayış məntəqəsi işğaldan azad olunub.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Kirill Timoşenko deyib.
O bildirib ki, azad edilən sahələrdən 1620-də humanitar qərargahlar fəaliyyətə başlayıb.
Timoşenko azad edilən şəhər və kəndlərdə dövlət qurumları və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin bərpasının davam etdirildiyini söyləyib.