Ukrayna 18 “Şahid”in 16-nı məhv etdi

Ukrayna 18 “Şahid”in 16-nı məhv etdi

Fevralın 25-i gecə saatlarında Ukrayna ordusu Rusiyanın buraxdığı 18 “Şahid” PUA-sının 16-nı məhv edib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrindən məlumat verilib.

“Fevralın 25-i gecə düşmən Promorski-Axtarsk və Krımdan 18 “Şahid” PUA-sı ilə hücum edib. Müdafiə qüvvələrinin mobil qrupları və aviasiya Poltava, Kiyev, Xmelnitski, Nikolayev, Kirovoqrad, Dnepropetrovsk, Zaporojye və Xerson vilayətlərində bu PUA-ların 16-nı məhv edib”, – məlumatda qeyd olunub.

Teqlər: