Ukrayna 120 dronla rusların silah anbarına hücum etdi

Ukrayna 120 dronla rusların silah anbarına hücum etdi

Ukrayna ordusu Rusiyanın Volqoqrad vilayətindəki raket anbarına zərbələr endirib.

AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Teleqram kanalları məlumat yayıb.

“Sentyabrın 29-də aparılan birgə əməliyyat nəticəsində Volqoqrad vilayətinin Kotluban qəsəbəsində yerləşən raket və sursatların saxlanıldığı anbar məhv edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, hücumda Ukrayna istehsalı olan müxtəlif tipli 120 ədəd kamikadze drondan istifadə olunub.

Teqlər: