Ukrayna mayda əks-hücuma keçəcək və bunun üçün 12 briqada hazırlayır.
AzerTimes xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri Pentaqonun sızdırılan gizli sənədlərinə istinadla məlumat yayıb.
“Ukrayna gələn aydan etibarən əks-hücum etməyə hazırlaşır. Hər birində təxminən 4000 əsgərin olduğu 12 döyüş briqadasının aprelin sonuna qədər hazır olacağı gözlənilir”, – məlumatda bildirilib.
İddia edilib ki, ABŞ və NATO müttəfiqləri 12 briqadanın 9-nun təlimi və təchizatı ilə məşğul olur.
Nəşr bildirib ki, Kiyev özünün əməliyyat planını ABŞ rəsmiləri ilə çox az paylaşır. Əməliyyatın cənub istiqamətində, o cümlədən Azov dənizinin sahil xətti boyunca aparılacağı ehtimal edilir.