Genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna artıq 100 milyard dollar hərbi yardım alıb.
AzerTimes xəbər verir ki, bunu Ukrayna müdafiə naziri Aleksey Reznikov deyib.
“Əgər bu gün bütün yardım paketlərini hesablasaq və qiymətləndirsək, hesab edirəm ki, tammiqyaslı işğal zamanı biz artıq 100 milyard dollar əldə etmişik. Təkcə ABŞ-dan 50 milyarddan çoxdur – artıq 60-a yaxınlaşır”, – o bildirib.