Taxıl dəhlizindəki növbələrdə dayanan gəmilərə görə Ukrayna 1 milyard dollardan çox itki ilə üzləşib.
AzerTimes xəbər verir ki, bu barədə Ukrayna Taxıl Assosiasiyasının prezidenti Nikolay Qorbaçov məlumat verib.
“Bu, ukraynalı kənd təsərrüfatı istehsalçılarının ala bilmədiyi puldur. Bu, treyderlərin gəmilərin çox uzun müddət növbədə durması üçün gəmilərin sahiblərinə ödədikləri puldur”, – N.Qorbaçov vurğulayıb.