Ukraynada Rusiya Federasiyası Xüsusi xidmətinin 9 agenti saxlanılıb.
Bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Tkaçuk bildirib.
Onun sözlərinə görə, şəbəkənin zərərləşdirilməsi əməliyyatında nazirlik əməkdaşları və xüsusi təyinatlı “Alfa” döyüşçüləri iştirak ediblər. Tkaçuk saxlanılan rus agentlərinin Ukraynanın cənub-şərqində fəaliyyət göstərdiklərini deyib.
Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri qeyd edib ki, saxlanılanlar Ukraynanın cənubunda təxribat və terror aktı hazırlığı görüblər.