Amerikalı aktyor Uill Smit “Oskar” kino mükafatlarının təqdimat
mərasiminin aparıcısı Kris Roka hücum etdiyi üçün üzr istəyib.
AzerTimes-ın
məlumatına görə, bu barədə U.Smit öz “Instagram” səhifəsində
yazıb.
“Dünən gecə mərasimdəki davranışım qəbuledilməz və
bağışlanmazdır. Mən səndən açıq şəkildə üzr istəmək istəyirəm,
Kris. Mən utanıram, hərəkətlərim olmaq istədiyim insanı əks
etdirmir”, – deyə aktyor etiraf edib.
U.Smit, həmçinin Amerika Kino Akademiyasından, şounun
təşkilatçılarından və bütün tamaşaçılardan üzr istəyib. O izah edib
ki, həyat yoldaşının sağlamlıq vəziyyəti ilə bağlı zarafatın
emosional reaksiyaya səbəb oldu.